İngilislər xəbərdarlıq aldı: "Rus qızlarından uzaq durun!"

İngilislər xəbərdarlıq aldı: "Rus qızlarından uzaq durun!"

"İngilis futbolçular rus qızlarından uzaq durmalıdılar. Buna hamılıqla əməl etmək lazımdı".

 

Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İngiltərə Kəşfiyyat İdarəsinin rəsmisi Anton Qlis milli üzvlərinə xəbərdarlıq edib. Rus qadınların mundial zamanı ingilis futbolçuları yoldan çıxaracağını ehtimal edən İngiltərə Kəşfiyyat İdarəsi oyunçuların şantaj olunacağından ehtiyatlanır. Kremlin hər vasitə ilə İngiltərənin çempionluğunun qarşısını alacağını vurğulayan Qlis rusların futbolçuları zəhərləmə və ya rus qızları ilə əlaqəyə sövq etmə kimi vasitələrə də əl atacağını söyləyib.

 

 

 

Rəsmi Moskva isə İngiltərənin iddiaları ilə razılaşmır və sübutlar tələb edir.

 

 

 

Qeyd edək ki, xəbərdarlıqlardan sonra İngiltərə Futbol Assosiasiyası futbolçuların ərzaq ehtiyaclarının hökumət tərəfindən qarşılanacağını açıqlayıb.

 

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər