İngilis nəhənglərindən 100 milyonluq təklif

İngilis nəhənglərindən 100 milyonluq təklif
İngiltərənin 3 böyük klubu eyni futbolçuya elçi düşüb. Fanat.Az xəbər verir ki, "Arsenal", "Çelsi" və "Mançester Siti"nin Antoine Qrizmannı heyətinə qatmaq istədiyi bildirilir.
Onların bu futbolçuya görə mövsümün sonunda "Atletiko"nun qapısını döyəcəyi deyilir. Qrizmann üçün transfer təklifinin 100 milyon avro olacağı deyilir.
Amma İspaniya klubunun fransız ulduzunu satıb-satmayacağı bilinmir. Çünki FIFA "Atletiko"ya transfer qadağası qoyub və klub 2018-ci ilədək yeni oyunçu ala bilməyəcək. Bu halda madridlilər ulduzlarını satmaya bilər.
Qeyd edək ki, "Atletiko" Qrizmannı 2014-cü ildə "Real Sosyedad"dan 30 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 80 milyon avro qiymət qoyub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər