İngilis nəhəngləri Liqa 1-in bombardirinə elçi düşdülər

İngilis nəhəngləri Liqa 1-in bombardirinə elçi düşdülər

"Lill"in hücumçusu Conatan Devid karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki. informasiyanı “TeamTalk” yayıb. 

Mənbənin məlumatına görə, 23 yaşlı hücumçu ilə “Mançester Yunayted” və Londonun “Arsenal” klubları maraqlanır. Hər iki ingilis nəhəngi hücumu gücləndirmək üçün Devidi yay transfer hədəfləri siyahısına daxil edib.

Liqa 1-də 19 qolla Kilian Mbappe ilə birlikdə şərikli bombardir olan kanadalı qolçu bu yaxınlarda Eden Hazarı geridə qoyaraq 21-ci əsrdə "Lill"in ən məhsuldar hücumçusu olub. 

"Transfermarkt" Conatan Devidin dəyərini 45 milyon avro qiymətləndirir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər