Çindən Avropaya daha bir təklif - 60 milyon manat

Çindən Avropaya daha bir təklif - 60 milyon manat

Çin klubları daha bir ulduz futbolçuya elçi düşüb. Fanat.az xəbər verir ki, "Şanxay Şenhua" Ueyn Runini heyətinə qatmaq istəyir.

İddiaya görə, klub artıq "Mançester Yunayted"ə rəsmi təklif göndərib. Çinlilər kapitan üçün 27 milyon funt-sterlinq (təxminən 60 milyon 488 min manat) təklif edib.

"Mançester Yunayted"lə "Şanxay Şenhua" anlaşa bilsə, Runi 3 illik müqavilə imzalayacaq və həftədə 500 min funt-sterlinq (təxminən 1 milyon 120 min manat) maaş alacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər