İlkə imza atan Nelsonun cəsədi 2 gün sonra tapıldı

İlkə imza atan Nelsonun cəsədi 2 gün sonra tapıldı

ABŞ-dan olan qadın alpinist və xizəkçi Hillari Nelson bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Fanat.Az UNİAN-a istinadən xəbər verir ki, 50 yaşlı idmançı Nepalda - dünyanın 8-ci ən hündür zirvəsi olan Manaslu (8156 m) dağında xizək sürərkən yıxılaraq ölüb.

Həmin gün qar uçqunu səbəbindən yerli bələdçi həlak olub, bir neçə alpinist isə xəsarət alıb.

Xizəkçinin cəsədi hadisədən 2 gün sonra - sentyabrın 28-də dağın cənub yamacında tapıb.

Qeyd edək ki, Nelson 2012-ci ildə hündürlüyü 8000 metr olan 2 zirvəni 24 saata fəth edən ilk qadın olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər