İkiqat dünya çempionumuz Mərakeşdə ermənini udub finala yüksəldi

İkiqat dünya çempionumuz Mərakeşdə ermənini udub finala yüksəldi

Azərbaycan millisinin karateçisi İrina Zaretska (68 kq) Rabatda (Mərakeş) keçirilən Premyer Liqanın finalına yüksəlib.

Fanat.Az xəbər verir ki, idmançımız niderlandlı Robin Van Vezel (3:0) və ermənistanlı Anita Makyanı (8:1) məğlub edərək qrup birincisi olub.

Zaretska 1/4 finalda Elina Silemenyevaya (Ukrayna, 3:0), yarımfinalda isə Sade Beçiroviçə (Xorvatiya, 5:0) qalib gəlib.

İkiqat dünya və Avropa çempionumuz finalda Yelena Quiriçi (İsveçrə) ilə görüşəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər