İki klub ölkə kubokundan kənarlaşdırıldı - Qərar

İki klub ölkə kubokundan kənarlaşdırıldı - Qərar

Fransa Futbol Federasiyasının İntizam Komitəsi "Paris" və "Lion" komandaları arasında yarımçıq dayandırılmış ölkə kubokunun 1/32 final mərhələsinin oyunu barədə qərarını açıqlayıb.

Fanat.Az qurumun rəsmi saytına  istinadən xəbər verir ki, hər iki komanda texniki məğlubiyyət alaraq, kubok yarışından kənarlaşdırılıblar. Bu üzdən "Nitsa" birbaşa 1/8 finala vəsiqə qazanıb.

Bundan başqa, baş verənlərlə əlaqədar Lion təmsilçisi 52 min avro cərimələnib, azarkeşlərin cari mövsümün sonunadək komandanın səfər oyunlarında iştirakına qadağa qoyulub. “Paris” klubu isə 10 min avro cərimələnib. Aşağı liqa təmsilçisi qarşıdakı 5 ev oyununu doğma “Şarleti” stadionunda keçirə bilməyəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər