II Autizm Festivalı çərçivəsində idman yarışları davam edir

II Autizm Festivalı çərçivəsində idman yarışları davam edir

Azərbaycan Autizm Assosiasiyası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunacaq II Autizm Festivalı çərçivəsində daha bir yarış keçirib.

Fanat.Az xəbər verir ki, bu dəfə autizmli uşaqlar Veloparkda velosiped idmanı üzrə bacarıqlarını nümayiş etdiriblər.

3 yaş qrupu üzrə təşkil olunan sınağa 50-ə yaxın iştirakçı qatılıb. 

Mübarizənin sonunda:                            6-9 yaş qrupunda   Əsgərov Məhəmməd 1-ci yer Şirinov Amin 2-ci yer  Əlizadə Amin isə 3-cü yer.                          9-13 yaş qrupunda  Məmmədli Polad 1 yer Şirinov Murad 2 yer Şirinov Elmir 3 yer                                 13 yaş üzəri Bayramov Rza 1 yer Rəhimov Hüseynəli 2 yer Bədəlov Nihat 3 yer

Xatırladaq ki, bundan əvvəl autizmli uşaqlar bocce və stolüstü tennis idmanı üzrə mübarizə aparıblar. Növbəti günlərdə isə atletika və futbol yarışları keçiriləcək. 

Nəhayət, aprelin 28-i Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə II Autizm Festivalı təşkil olunacaq. Festival çərçivəsində keçirilın tədbirlərin məqsədi autizm barədə cəmiyyəti məlumatlandırmaq, autizmin xəstəlik yox, fərqlilik olduğu mesajını insanlara ötürməkdir. 

Autizmin fərqindəyik, onların yanındayıq. 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər