Fanat.Az futbol aləminin tanınmış simalarının sosial şəbəkə paylaşımlarını təqdim edir:
"İnter"in yarımmüdafiəçisi Arturo Vidal Dubayda istirahət edir. Tətil zamanı o, Türkiyənin tanınmış aşpazı Burak Özdəmirin də BƏƏ-də olan restoranını ziyarət edib. Yeməklərdən zövq alan çilili futbolçu aşpazla fotosunu "Twitter" səhifəsində paylaşaraq "Bu cür şam yeməyi üçün çox sağ ol, dostum. Sənin Dubaydakı restoranında olmaq şərəfdir", - yazıb.
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti (Carlo Ancelotti) David Alabanın kluba gəlişindən çox məmnundur. Belə ki, komandanın çalışdırıcısı "Twitter" səhifəsində Marselo (Marcelo) və avstriyalı futbolçu ilə fotosunu "Böyük qovuşma. Yeni evinə xoş gəlmisən!" şərhi ilə paylaşıb.

Luis Suares tətilindən razı qaldığını bildirir. Elə paylaşdığı tvitdə də belə bir başlıqla şəkil qoyub: "İstirahətimdən həzz alıram".

Emin Şəmsiyev