İddiaçılar Turniri: Teymur Rəcəbov qələbə axtarışında

İddiaçılar Turniri: Teymur Rəcəbov qələbə axtarışında

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeyster VI turda macarıstanlı Rixard Rapportla üz-üzə gələcək. Rəcəbov bu partiyada ağ fiqurlarla mübarizə aparacaq.

Teymur I, III, lV, V turlarda, müvafiq olaraq, Fransa təmsilçisi Alireza Firuzca, FIDE bayrağı altında yarışan Yan Nepomnyaşi, polşalı Yan-Kşiştof Duda və çinli Dinq Liren ilə heç-heçəyə razılaşıb, II turda isə ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzub. Təcrübəli şahmatçı hazırda 2 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Lider 3,5 xala sahib Yan Nepomnyaşidir.

Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.

İddiaçılar Turniri VI tur

Teymur Rəcəbov (Azərbaycan) - Rixard Rapport (Macarıstan) Alireza Firuzca (Fransa) - Fabiano Karuana (ABŞ) Hikaru Nakamura (ABŞ) - Dinq Liren (Çin)  Yan Nepomnyaşi (FIDE) - Yan-Kşiştof Duda (Polşa)

Xal durumu: Nepomnyaşi - 3,5, Karuana - 3, Nakamura, Rapport, Duda - 2,5 Liren, Rəcəbov, Firuzca 2.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər