İddiaçılar Turniri: Rəcəbov dünyanın "2 nömrə"sinə qalib gəldi

İddiaçılar Turniri: Rəcəbov dünyanın "2 nömrə"sinə qalib gəldi

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeyster XII turda qara fiqurlarla turnir cədvəlinin və dünya reytinqinin ikincisi çinli Dinq Liren ilə üz-üzə gəlib. Matç 26-cı gedişdə Rəcəbovun qələbəsi ilə yekunlaşıb. 

Qələbə sayəsində xalını 6-ya çatdıran Teymur hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Sıralamaya 8,5 xalla Yan Nepomnyaşi başçılıq edir.

Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.

İddiaçılar Turniri XII tur

Dinq Liren (Çin) - Teymur Rəcəbov (Azərbaycan) 0:1 Rixard Rapport (Macarıstan) - Fabiano Karuana (ABŞ) Yan-Kşiştof Duda (Polşa) - Alireza Firuzca (Fransa) - Yan Nepomnyaşi (FIDE) - Hikaru Nakamura (ABŞ)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər