Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib. Fanat.Az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub: 1. Azərbaycan Premyer Liqasında VAR (video köməkçi hakim) sisteminin tətbiqi ilə bağlı tender sənədlərinə uyğun olaraq, müvafiq hüquqi prosedurların icrasına başlanılsın və 2021/2022-ci il mövsümünün qış fasiləsindən sonra VAR sisteminin tətbiqi nəzərdə tutulsun. 2. 2021-ci il sentyabrın 1-dən etibarən Azərbaycan Premyer Liqası hakimləri ilə bağlı “Peşəkar hakim” sistemi tətbiq olunsun (Peşəkar hakim sistemi ilə əlaqədar ictimaiyyətə əlavə məlumat veriləcək). 3. "2022-2023-cü il mövsümü üçün “Klubların lisenziyalaşdırması üzrə qaydalar” təsdiq olunsun. 4. İntizam Komitəsinin müfəttişi vəzifəsi Namiq Əliyevə həvalə olunsun. 5. Premyer Liqa klublarının müraciətinə uyğun olaraq, COVİD-19 pandemiyasının yaratdığı çətinliklər nəzərə alınmaqla AFFA tərəfindən 2021/2022-ci il mövsümündə də klublara maliyyə yardımı davam etdirilsin. Maddi dəstəyin məbləği AFFA ilə klublar arasında danışıqlardan sonra müəyyənləşdirilsin.
İcraiyyə Komitəsindən önəmli qərarlar
TREND
Tv Afişa
10:47
18.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Futbol
12:05
20.10.2026
Şahin Diniyev "Sabah" - "Borussiya" matçına proqnozunu açıqladı
Azərbaycan futbolu
15:10
21.10.2026
Nəriman "Qarabağ"a qayıtmaq istəyirmi? - Özü cavabladı
Tv Afişa
09:51
23.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Oxşar xəbərlər
Azərbaycan futbolu
09:28
23.10.2026
Azərbaycan qitədə neçəncidir? - UEFA reytinqi
Azərbaycan futbolu
09:00
23.10.2026
MPL: "Araz-Naxçıvan" ilk qələbə arzusunda, "Zirə" "qara zolaq"dan çıxmaq əzmindədir
Azərbaycan futbolu
23:58
22.10.2026
Portuqaliya mətbuatı "Şamaxı"dan yazdı: "Yalnız "Qarabağ"a uduzublar"
Azərbaycan futbolu
21:18
22.10.2026
"Sabah"dan azarkeşlərinə jest