“Milan”ın hücumçusu Zlatan İbrahimoviç yeni nəticəyə imza atıb.
Fanat.Az xəbər verir ki, isveçli hücumçu A Seriyasının 17-ci turunun “Udineze” ilə matçında (1:1) rəqib qapısına yol tapıb. Bu qol İbranın 21-ci əsrdə TOP-5 çempionatlarında vurduğu 300-cü qolu olub. İbrahimoviç 21-ci əsrdə vurulan qol sayında yalnız Kriştianu Ronaldu (483) və Lionel Messidən (475) geri qalır.