“Milan”ın hücumçusu Zlatan İbrahimoviç İtaliya A Seriyasının 31-ci turunun “Leççe” ilə matçında (2:0) yenidən sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, o, isinmə hərəkətləri zamanı baldır əzələsindən zədələnib. Nəticədə, meydana çıxa bilməyib.
Xatırladaq ki, 41 yaşlı futbolçunun iki gün öncə zədəsini bərpa etdiyi və komanda ilə məşqlərə başladığı açıqlanmışdı.
İbrahimoviç 2020-ci ildən “qırmızı-qaralar”ın heyətində çıxış edir. O, 2010-2012-ci illərdə də Milan təmsilçisində forma geyinmişdi.
Ümumilikdə, isveçli futbolçu “Milan”ın heyətində 163 oyuna çıxıb, 93 qol vurub və 35 məhsuldar ötürmə edib.