İbrahimoviç milliyə dəvət aldı

İbrahimoviç milliyə dəvət aldı

"Milan"ın ulduz futbolçusu Zlatan İbrahimoviç İsveç millisinə dəvət alıb. 

Fanat.Az xəbər verir ki, məlumatı ölkənin futbol ittifaqının rəsmi saytı yayıb. 

Xəbərə görə, 40 yaşlı hücumçu DÇ-2022-nin seçmə mərhələsində Gürcüstan (11 noyabr) və İspaniya (14 noyabr) ilə oyunlar üçün yığmanın heyətinə cəlb olunub. 

Qeyd edək ki, 2001-ci ildən İsveç millisində çıxış edən İbrahimoviç 118 görüşdə iştirak edib və 62 qola imza atıb. 

Xatırladaq ki, Zlatan milli forması ilə ilk qolunu 2001-ci ildə Azərbaycan yığmasına vurub.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər