"Milan”ın zədəli futbolçusu Zlatan İbrahimoviç sağalıb.
Fanat.Az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
39 yaşlı hücumçunun komandanın son məşqində iştirak etdiyi bildirilir.
Zlatan İbrahimoviç fərdi proqramla hazırlaşıb. O, yanvarın 9-da "Torino" ilə çempionat, yanvarın 12-də isə İtaliya Kuboku qarşılaşmalarına hazır ola bilməyəcək. Təcrübəli qolçu çox güman ki, yanvarın 18-də "Kalyari" ilə görüşədək forma yığacaq.
Qeyd edək ki, İbrahimoviç "Milan”la sonuncu dəfə ötən il noyabrın 22-də oyuna çıxıb. İsveçli hücumçu bu mövsüm A Seriyasında 6 matçda 10 qol vurub.