İbrahimoviç Fransanın ən yaxşısı seçildi

İbrahimoviç Fransanın ən yaxşısı seçildi

Fransa Liqasında bu mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.

Fransa Peşəkar Futbolçular Milli İttifaqı  tərəfindən verilən mükafata PSJ-nin hücumçusu Zlatan İbrahimoviç layiq görülüb. O, bu mükafat uğrunda mübarizədə Lassano Diarra ("Marsel"), Hatem Ben Arfa ("Nitsa") və Anxel di Mariyanı (PSJ) qabaqlayıb.

Qeyd edək ki, Z.İbrahimoviç bu mövsüm Fransa Liqasında oynadığı 29 matçda 35 qol vurub və 13 qolun ötürməsini verib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər