İbrahima Vadjidən vida mesajı - FOTO

İbrahima Vadjidən vida mesajı - FOTO

"Qarabağ"dan ayrılıb "Sent-Etyen" klubuna transfer olunan seneqaalı hücumçu İbrahima Vadji Ağdam təmsilçisinin azarkeşləri və eləcə də komandanın özü ilə vidalaşıb.

Fanat.Az xəbər verir ki, 27 yaşlı futbolçu bu barədə şəxsi "Instagram" səhifəsində paylaşım edib:

"Bütün "Qarabağ" ailəsinə, klubda çalışanlara, əziz qardaşlarıma və klubun bütün azarkeşlərinə salam! Bu, vida məktubudur. Təəssüf ki, bunu ölkədə olmadığım üçün sizə şəxsən deyə bilmirəm. Amma bilin ki, özümlə, kollektiv emosiyalarını və çoxlu gözəl anlar aparıram. Tez bir zamanda bitsə də bu, insani keyfiyyətlər və peşə baxımından böyük bir macəra idi. Qalan hər şeydə uğurlar, təşəkkürlər!"

 

Emin 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər