I Divizion: Tur 11 qolla başladı

I Divizion: Tur 11 qolla başladı

Futbol üzrə Azərbaycan I Divizionunda XXII tur start götürüb. 

Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun ilk oyun günü 3 matç baş tutub. 

Açılış oyununda qalib müəyyənləşməyib. "Zirə-2" ilə MOİK hərəyə 1 qol vurub 1 xalla kifayətləniblər. "Sumqayıt-2" evdə "Mingəçevir"ə, "Səbail-2" isə səfərdə "Şamaxı-2"-yə qalib gəlib.    Beləliklə, azarkeşlər 3 oyunda 11 qola şahidlik ediblər.

I Divizion XXII tur 29 mart

“Zirə-2” – MOİK 1:1  Qollar: Xəqani Sadıxov, 82 - Cavad Qurbanlı, 61-öz qapısına. Hakimlər: Rauf Allahverdiyev, Rasim Axundov, Gülnurə Əkbərzadə, Əli Əliyev Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: İlham Əliyev “ASK Arena”, 13:00.

“Sumqayıt-2” – “Mingəçevir” 3:0 Qollar: Ayxan Süleymanlı, 68-pen. Rüstəm Hümbətov, 85-pen. Cavidan Abbaszadə, 87. Hakimlər: İnqilab Məmmədov, Asiman Əzizli, Sevda Nuriyeva, Səbuhi Bayramov Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Elgiz Abbasov “Kapital Bank Arena” (ehtiyat meydança), 15:00

“Şamaxı-2” – “Səbail-2” 2:4 Qollar: Tapdıq Əhmədov, 17. Asim Əliyev, 49 - Elvin Vəliyev, 16. Xəyal Bədirov, 51. Balamirzə Soltanov, 80. Kamran Məlikov, 90+5-öz qapısına. Hakimlər: Tural İbrahimov, Asif Abdullayev, Zakir Şükürzadə, Murad Səlimov Hakim-inspektor: Orxan Məmmədov AFFA nümayəndəsi: Seymur Səlimli Şamaxı şəhər stadionu, 15:00  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər