I Divizionda mövsüm başa çatdı

I Divizionda mövsüm başa çatdı

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 2021/2022 mövsümünə yekun vurulub.

Fanat.Az xəbər verir ki, sonuncu turun bütün görüşləri eyni gündə və saatda keçirilib.

Çempionluğu daha öncə təmin emtiş “Qaradağ Lökbatan” mövsümün son matçında “Qarabağ-2” ilə heç-heçə edib - 0:0.

“Şamaxı” doğma meydanda MOİK-i 6 cavabsız qolla məğlub edib və mövsümü gümüş medallarla başa vurub. “Qarabağ”ın əvəzediciləri isə bürünc medallarla kifayətlənib.

I Divizion

26-cı tur

17 may

Turan Tovuz – Zirə-2 2:0 Qollar: Rövşən Şahmuradov, 48. Famil Camalov, 63. Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Asiman Əzizli, Namiq Bəkirov Hakim-inspektor: Rövşən Əhmədov AFFA nümayəndəsi: Erkin Hüseynov Tovuz şəhər stadionu, 15:30

Şamaxı-2 – MOİK 6:0 Qollar: Samir Məmmədzadə, 17-öz qapısına. Tural Axundov, 31. Emin Quliyev, 45. Qurban Səfərov, 61; 66; 68. Hakimlər: Nicat İsmayıllı, Ruslan Quliyev, Teymur Teymurov, Rauf Allahverdiyev Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Elman Musayev ASK Arena, 15:30

Neftçi-2 – Zaqatala 2:3 Qollar: Əli Sadıxov, 45+4. Elton Əlibəyli, 86 – Rəhman Şabanov, 45. Roini İsmayılov, 76. İbrahim Camalov, 83. Hakimlər: Elvin Bayramov, Cəmil Quliyev, Elmin Süleymanov, Emin Əliyev Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: Asif Əliyev “Neftçi”nin məşq bazası (4-cü meydança), 15:30

Kəpəz – Sabah-2 0:0 Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Tərlan Talıbzadə, Əli Əliyev Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Maşallah Əhmədov Gəncə şəhər stadionu, 15:30

Sumqayıt-2 – Qəbələ-2 1:3 Qollar: İbrahim Əliyev, 55 – Ramin Doobi, 8. Sənan Ağalarov, 58. Mehrac Baxşalı, 71. Hakimlər: Rəvan Həmzəzadə, Səbuhi Soltanov, Kərim Zeynalov, Fərid Hacıyev Hakim-inspektor: Ceyhun Haşımov AFFA nümayəndəsi: İlham Əliyev Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 15:30

Qarabağ-2 – Qaradağ Lökbatan 0:0 Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Şirmamed Mamedov, Cavid Cəlilov Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Eldəniz Musayev Binə qəsəbə stadionu, 15:30

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər