I divizionda fasilə başa çatır. Fanat.az xəbər verir ki, bu həftə XIV turun oyunları keçiriləcək. Artıq hesabat turunun oyun cədvəli məlumdur
18 fevral
“Mil-Muğan” – “Şərurspor”
Heydər Əliyev adına İmişli şəhər stadionu
“Şahdağ” – “Qaradağ Lökbatan”
Şövkət Orduxanov adına Qusar şəhər stadionu
“Göyəzən” – “Turan Tovuz”
Qazax şəhər stadionu
“Energetik” – “Bakılı”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu
19 fevral
“Bakı” – “Neftçala”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
“Ağsu” – MOİK
Ağsu şəhər stadionu
“Şəmkir” – “Zaqatala”
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun bütün görüşləri saat 14:00-da başlayacaq.
Fanat.az