Çernoqoriya çempionatında 32-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, həmyerlimiz Tural Hümbətovun formasını geyindiyi "Deçiç” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə "Petrovaç”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda 1:3 hesabıyla uduzub. Tural matça start "11-lik"də başlayıb və 90 dəqiqə tər töküb.
Qeyd edək ki, 21 xal toplayan "Deçiç" 10 iştirakçı arasında sonuncudu.
Fanat.Az