Honq-Konq yığmasının üzvü AZAL-da - FOTO

Honq-Konq yığmasının üzvü AZAL-da - FOTO
AZAL heyətinə daha bir legioner qatıb. Fanat.Az xəbər verir ki, Bakı klubu Honq-Konqun U-20 yığmasının sabiq üzvü Brian Foku icarəyə götürüb.
22 yaşlı müdafiəçi Rumıniyanın "Benseni" klubundan Çin təmsilçisi "Şanxay Şenhua"ya transfer olunub. Lakin sərəncamında təcrübəli müdafiəçilər olan Çin klubunun məşhur ispan baş məşqçisi Qreqorio Manzano onu komandada saxlamayıb. Bu səbəbdən "Şanxay Şenhua" Brian Foku AZAL-a icarəyə verib. Onun icarə müqaviləsi bu ilin sonunda başa çatacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər