Bazar günü Hollandiya Erediviziyası çərçivəsində baş tutan "Feyenoord" - "Ajaks" oyunundan əvvəl meydan sahiblərinin azarkeşləri qonaq komandanın avtobusuna hücum ediblər. Polis aksiyaya girərək su şırnaqlarından istifadə etməli olub.
Fanat.Az xəbər verir ki, yerli ANP agentliyi polisin iğtişaşlarda iştirak edən 64 azarkeşi həbs etdiyini bildirib.
Məsələ burasındadır ki, Amsterdam klubunun rəhbərliyi meydan sahiblərinin azarkeşlərindən aqressivlik gözlədiyi üçün ehtiyatlı davranaraq boş avtobusu öndə, futbolçuları daşıyan avtomobili isə arxadan yola salıb. Belədə çılğın fanatlar içərisində qonaq komandadan heç bir oyunçunun olmadığı avtomobilə hücum edib.
Rotterdam şəhərinin sözçüsü oyunöncəsi gərginliyin olduğunu təsdiqləyib. Xuliqanlar komandaya hücum etmək üçün daş, butulka və məşəldən istifadə ediblər. Onlar əmlaka müxtəlif ziyan vurublar, lakin heç bir oyunçu xəsarət almayıb.
Stadiondan kənarda da iğtişaşlar olub. 150-yə yaxın fanat tüstü şamları yandırıb və polisə butulka atıb. Asayiş keşikçiləri izdihamı yatırmaq və kütləni sakitləşdirmək üçün su şırnaqlarından istifadə etməyə məcbur olublar.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar ölkənin baş naziri Mark Rutte şənbə günü yeni məhdudiyyətlər haqqında əmr verib. Bu səbəbdən dünənki oyun matç boş tribunalar önündə keçirilib.
Oyuna gəlincə, "Ayaks" "Feyenoord"la qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib. Paytaxt təmsilçisi hazırda lider PSV-dən geri qalaraq ikinci pillədə qərarlaşıb. “Feyenoord” isə üçüncüdür.
Holland. 19.12.2021 Feyenoord - Ajax. Feyenoord fans vs. police before the game. pic.twitter.com/8PDYbEOO4e
— HooligansTV (@HooligansTV_eu) December 19, 2021
Mirağa