"Maeçester Yunayted"in futbolçusu Robin van Persinin yaşıl meydanlara nə vaxt dönəcəyi bəlli deyil. Fanat.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi David Moyes açıqlama verib.
Van Persi sonuncu dəfə ötən ayın 10-da "Arsenal"la keçirilən və qələbə qolunu vurduğu matçda (1:0) meydanda olub. Holland ulduz hələ bir müddət yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, van Persi cari mövsümdə Premyen Liqada 10 oyun keçirib və 7 qol vurub.
Fanat.az