Holland ulduz karyerasının bitirəcəyi tarixi açıqladı

Holland ulduz karyerasının bitirəcəyi tarixi açıqladı

Son dayanacağı "Feyenoord” olan Robin van Persi karyerasının bitirməyə hazırlaşır.

 

 

Fanat.Az xəbər verir ki, ölkəsinin mətbuatına danışan məşhur futbolçu özü belə deyib: "Mövsümün sonunda 36 yaşım olacaq. Karyeramı bitirməyə qərar vermişəm. Ömrümün yarısını peşəkar futbolda keçirmişəm. Düz 18 ildi futbolçuyam. 5 yaşımdan bu idman növüylə məşğul olmuşam. "Feyenoord”la çempion olmasam belə, dönüşümü uğurlu sayacam. Son vaxtlar futbol oynamaqdan zövq almırdım. Bura dönəndən sonra hər şey dəyişdi. Gənc oyunçulara kömək etmək istəyirəm. Burdakı digər hədəflərim titul qazanmaq istəyindən daha böyükdü”.

 

Karyerasının ən məhsuldar dönəmini İngiltərə Premyer Liqasında keçirən, "Arsenal” və "Mançester Yunayted” kimi klublarda top qovan forvard "Fənərbaxça"nın da uğurları üçün tər töküb. O, Hollandiya millisində 102 oyuna çıxıb və 50 top vurub.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər