Hökumətə qarşı aksiyalar çempionatların təxirə salınmasına səbəb oldu

Hökumətə qarşı aksiyalar çempionatların təxirə salınmasına səbəb oldu
Çilidə hökumətə qarşı keçirilən etiraz aksiyaları futbola da təsir edib.
Fanat.Az xəbər verir ki, onminlərlə insanın küçələrə çıxaraq etiraz aksiyalarına qoşulması səbəbindən ölkə futbol fderasiyası bütün liqalarda oyunları təxirə salıb. Çempionatların nə vaxt davam etdiriləcəyi barədə qərar verilməyib.
Qeyd edək ki, Çilidə bir müddətdi davam edən aksiyalarda etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verir. İndiyədək hər iki tərəfdən çox sayda xəsarət alan olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər