Hiquayn zədələnsə, pizza qonaqlığı olacaq

Hiquayn zədələnsə, pizza qonaqlığı olacaq

Qonsalo Hiquaynin "Yuventus"a transfer olunması "Napoli" azarkeşlərini özündən çıxarıb. Fanat.az xəbər verir ki, bu səbəbdən argentinalı hücumçuya etirazlar davam edir. 

Növbəti etiraz aksiyalarından biri də Neapol şəhərində yerləşən "Show Pizza" restoranlar şəbəkəsindən gəlib. Belə ki, restoran Hiquaynın "Yuventus"da zədələnəcəyi halda pizzaları 1 avrodan satacağını açıqlayıb.

Qeyd edək ki, bir müddət əvvəl "Napoli"nin prezidenti Aurelio De Laurentiis açıqlamasında Hiquaynı xəyanətkar adlandırmışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər