Hiquayn cəzalandırıldı

Hiquayn cəzalandırıldı
"Milan"ın futbolçusu Qonzalo Hiquayn cəzalandırılıb.
Fanat.Az xəbər verir ki, İtaliya Futbol Federasiyası argentinalı ulduza 2 oyun cəza verib. Buna səbəb 31 yaşlı hücumçunun A Seriyasının XII turunun "Yuventus"la matçında qırmızı vərəqə alması olub.
Hiquayn 83-cü dəqiqədə sarı vərəqə alıb. O, daha sonra qarşılaşmanın baş hakimi Paoli Mazzoleni ilə mübahisə edib və ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Argentinalı futbolçu "Parma" və "Latsio" ilə oyunlarda oynamayacaq. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər