Məşhur boksçu David Kostetski intihar edib.
Fanat.Az xəbər verir ki, WBC versiyası üzrə gənclər arasında keçmiş dünya çempionu olan polşalı idmançı həbsxanada özünü öldürüb.
Qeyd edək ki, 38 yaşlı boksçu 5-ci dəfə həbsxanaya düşüb. O, sonuncu dəfə cinayətkar qruplaşmanın təşkilində ittiham olunaraq 5 il azadlıqdan məhrum edilmişdi. David Kostetski 2 il sonra azadlığa çıxmalı idi.
Onu da qeyd edək ki, David Kostetski sonuncu dəfə rinqə 2014-cü ildə çıxıb və hənyerlisi Ancey Vaydeyə məğlub olub. O, karyerası ərzində keçirdiyi döyüşlərdə 39 qələbə qazanıb və 2 dəfə məğlubiyyətə uğrayıb.
Fanat.Az