Həbib Makqreqorla revanş döyüşündən imtina etdi

Həbib Makqreqorla revanş döyüşündən imtina etdi
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə çempionu Həbib Nurməhəmmədov Konor Makqreqorla revanş döyüşü keçirmək istəmir.
Fanat.Az xəbər verir ki, 31 yaşlı rusiyalı idmançı bu barədə "TMZ Sports”a açıqlamasında bildirib.
O deyib ki, irlandiyalı döyüşçü ilə təkrar qarşılaşmağa lüzum görmür: "Revanş görüşü nəyə görə verilməlidir? O, sonuncu döyüşdən əvvəl də çox danışırdı. Amma biz rinqə çıxandan sonra heç nə edə bilmədi”.
Qeyd edək ki, H.Nurməhəmmədov ötən ilin oktyabrında ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 229 turnirində K.Makqreqoru məğlub edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər