Türkiyə yığmasının futbolçusu Burak Yılmaz 4 aylıq hamilə olan həyat yoldaşını döyməsi xəbəri ilə bağlı açıqlama verib. Fanat.az xəbər verir ki, futbolçu yayılan məlumatları təkzib edib:
"İstem Yılmaz uşaqlarımın anasıdı. İstənilən vəziyyətdə olsa da, nə desə, nə etsə, nə fikirləşsə də o, mənim iki övladımın anasıdı. Həyat yoldaşımın sağlam və xoşbəxt olması mənim üçün hər şeydən vacibdi. Bu mövzu ilə əlaqədər yazılanlar və yazılacaq xəbərlərə hər hansı bir şərh verməyəcəyimi hamı bilsin”.
Türkiyə mətbuatında yayılan xəbərlərdə iddia olunur ki, İstem Yılmaz futbolçunu məhkəməyə verib. O, həyat yoldaşının ona qarşı zorakılıq etdiyi üçün boşanmaq istədiyini bildirib. Məlumtata görə, 10 iyunda Fransada başlayacaq Avropa çempionatı üçün milli komanda düşərgəsində olan Burak xəbəri ilk dəfə mətbuatdan oxuyub. Hətta xanımının futbolçudan 10 milyon lirə (5 min AZN) təzminat istədiyi də bəlli olub.
Qeyd edək ki, Burak Yılmaz Çinin "Beijing Guoan" klubunda oynayır.
Fanat.az