Hamann Kroosun milliyə qayıtmasını tənqid etdi

Hamann Kroosun milliyə qayıtmasını tənqid etdi

"Bayern Münhen"in və Almaniya millisinin sabiq futbolçusu Ditmar Hamann "Real Madrid"in 34 yaşlı Toni Kroosun yığmaya qayıtmasını tənqid edib.

Fanat.Az xəbər verir ki, "Sky Sport Germany" Hamannın dediklərini belə çatdırıb:

"Toninin möhtəşəm oyunçu olduğunu hamı bilir. Hamıdan çox titiul qazanıb və ola bilsin ki, o, gəlib-getmiş ən yaxşı alman futbolçudur.  Kroos dominantlıq edən "Real"da da adından söz etdirir. Onun yanında Kamavinqa, Valverde, bəzən də Tçuameni çıxış edir. Dünyanın ən yaxşılarından danışırıq. Amma biz heç Türkiyə və Avstraliya üzərində də dominantlıq edə bilmirik. 

Paskal Qrosun (32 yaşı var), İlkay Gündoğanın (33) və Kroosun (34) yaşlarını toplasaq, 100 edir. Necə düşünürsünüz, başqa ölkələr bizi keçməlidir, ya yox? Meydanın mərkəzində 3 futbolçunun yaşı 30-dan çoxdursa, Avropa çempionatına və ya dünya birinciliyinə ciddi hədəflə yollanmaq olmaz".

Xatırladaq ki, məlum pandemiya səbəbindən 2021-ci ildə keçirilən AÇ-2020-dən sonra millidən getdiyini açıqlayan Kroos fevralın 22-də yığmaya qayıtdığını bildirib.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər