Haland millidə sıradan çıxdı, atası son durumunu açıqladı

Haland millidə sıradan çıxdı, atası son durumunu açıqladı

"Mançester Siti"nin və Norveç millisinin hücumçusu Erlinq Haland zədələnib.

Fanat.Az xəbər verir ki, qasıq nahiyəsindən zədə diaqnozu qoyulan ulduz forvard Norveç yığmasının düşərgəsini tərk edib. 

Halandın atası, keçmiş futbolçu Alf-İnqe Haland "Sr TV2"-yə açıqlamasında oğlunun aprelin 1-dək sağalmaq şansının az olduğunu deyib. Həmin gün onun klubu Premyer Liqada çətin rəqibi "Liverpul"la oynayacaq. 

"Mən həkim deyiləm, amma onun "Liverpul"la oyuna qədər tam sağalacağına şübhəm var. İki həftə məşq etmədən, birbaşa futbol meydanına daxil ola bilməzsən". 

Xatırladaq ki, 22 yaşlı Haland bu mövsüm "Mançester Siti"nin heyətində bütün rəsmi turnirlərdə 42 qol vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər