Kanadalı tennisçi Denis Şapavalov cəzalandırılıb. Fanat.Az xəbər verir ki, buna səbəb onun əsəblərini cilovlaya bilməməsi olub.
Belə ki, Denis Şapavalov və britaniyalı tennisçi Kayl Edmundun Devis kubokunun 1/8 final mərhələsinin qarşılaşıb. Britaniyalının 3-cü setdə qələbə qazanması Denisi özündən çıxardıb və qəzəbini tennis topundan çıxartmaq qərarına gəlib. Bu zaman top hakimin gözünə dəyib. Nəticədə hakimin gözü zədələnib və kanadalı idmançıya texniki məğlubiyyət verilib.
Fanat.Az