Vyetnam çempionatı futbol tarixinin ən maraqlı etirazlarında birinə səhnə olub.
Fanat.Az xəbər verir ki, amerikalı yazar və filosof Henri David Toreaunun ədəbiyata gətirdiyi və daha sonra Hindistanın azadlıq simvolu Mahatama Qandi başda olmaqla bir çox insanların da tətbiq etdiyi sivil itaətsizlik (başqa adilə passiv dirəniş) örnəyi Vyetnamdakı bir oyunda yaşanıb.
Vyetnam liqasında "Ho Chin Minh Citi" və "Lonq An" arasında keçirilən matçın 90-cı dəqiqəsində hakimin verdiyi penalti qərarı sonrasında yaşananlar uzun müddət unudulmayacaq.
Məsələ burasındadı ki, qarşılaşmanın 2:2 bitəcəyi gözlənilsə də, hakimin meydan sahibi "Ho Chin Minh Cit"i lehinə verdiyi verdiyi penalti, "Lonq An" futbolçularınn və məşqçilərinin sərt etirazına səbəb olub. Uzun sürən etirazların ardından Viktor Ormazabal penaltini yerinə yetirərkən qərara etiraz məqsədilə arxasını çevirən qapıçı qola mane olmayıb. Hesab 3:2 olmasının ardından topu rəqibə verən "Lonq An" futbolçuları müdafiə olunmayaraq rəqibin qol vurmasına icazə verib. Top fərqinin 2-yə yüksəlməsinin ardından eyni ssenari təkrarlanınca "Ho Chin Minh Citi" meydandan 5:2 hesablı qələbə ilə ayrılıb.
Fanat.Az