“Gözəl qolla qalib gəldik” – Sənan Qurbanov

“Gözəl qolla qalib gəldik” – Sənan Qurbanov

Vacib 3 xal qazandıq. “Zirə” oyundan oyuna artıran komandadır. Rəqibi yaxşı analiz etmişdik”. Fanat.Az xəbər verir ki, bu sözləri “Qəbələ”nin məşqçisi Sənan Qurbanov deyib.

“Qəbələ” bu gün Topaz Premyer Liqasının XII turu çərçivəsində qonaq etdiyi “Zirə”ni 1:0 hesabı ilə üstələyib. Meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk cəzalı olduğu üçün komandanı meydana Qurbanov çıxardıb. O, matçdan sonra “CBC Sport”a açıqlamasında bunları söyləyib: “Gözəl qolla qalib gəldik. Əsas çatışmazlıq ələ düşən şanslardan yararlana bilməməyimizdir. Lakin bunun üzərində işləyirik. Əlbəttə, Qriqorçukun texniki zonada olmamağı öz təsirini göstərdi. Lakin o, tapşırıqlarını vermişdi. Komanda nə etməli olduğunu bilir”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər