“Güzəştsiz mübarizə olacaq” - Diniyev

“Güzəştsiz mübarizə olacaq” - Diniyev

“Hər bir oyun bizim üçün final matçına bərabərdir. Ona görə də “Sumqayıt”la görüşümüz çətin olacaq”.

Fanat.Az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına açıqlamasında deyib.

O, Topaz Premyer Liqanın 23-cü turunda “Sumqayıt”la keçiriləcək oyun haqda fikirlərini bildirib: “Rəqib yaxşı komandadır. Həm onlara, həm də bizə Avropa Liqasına vəsiqə qazanmaq üçün xal lazımdır. Bu üzdən xal itirməməliyik. Futbolçular meydana çıxıb maksimum güclərini qoymalı və son nəticədə qələbə qazanmalıyıq. Bilirik ki, bu da çox çətin olacaq. Çünki dediyim kimi “Sumqayıt” da bura o məqsədlə gəlib. Güzəştsiz mübarizə olacaq”.

Qeyd edək ki, bu gün keçiriləcək “Kəpəz” – “Sumqayıt” oyunu saat 16:00-da başlayacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər