Gürcü oyunçu Almaniya nəhənginə keçə bilər

Gürcü oyunçu Almaniya nəhənginə keçə bilər

"Napoli" klubunun vingeri Xviça Kvaratsxeliya karyerasını Almaniyada davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sport Deutschland" yayıb.

Xəbərə görə, Münhen nəhəngi "Bayern" Gürcüstan millisinin üzvünü transfer etməkdə maraqlıdır. 

Bununla belə, almanlar 22 yaşlı futbolçunun transferi ilə bağlı hələ fəaliyyətə başlamayıb. Başqa sözlə, klub "Napoli" və Xviçanın özü ilə təmasa keçməyib. 

Xviça Kvaratsxeliya bu mövsüm "Napoli"nin heyətində 15 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər