Günayın komandasından uğurlu start

Günayın komandasından uğurlu start

Cəbəllütariqdə müxtəlif ölkələrin nümayəndələrinin, o cümlədən Azərbaycanın qadınlardan ibarət şahmat millisinin lideri Günay Məmmədzadənin də mübarizə apardığı "Battle of the Sexes" adlanan turnir start götürüb.

Fanat.Az xəbər verir ki, açılış görüşündə qadınlardan ibarət komanda kişi kollektivə 6,5:3,5 hesabı ilə qalib gəlib. Məmmədzadə birinci lövhədə Hüseyn Əzizlə (Qətər) heç-heçə oynayıb.

Qeyd edək ki, qarşılaşmalar on lövhədə oynanılır. Turnirə fevralın 3-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər