Günay Məmmədzadə Çində liderdir

Günay Məmmədzadə Çində liderdir

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Çinin Sian şəhərində təşkil olunan “The Belt and Road 2023 to World Chess Woman’s Summit” turnirində mübarizəyə başlayıb.

Fanat.Az xəbər verir ki, rapid üzrə keçirilən yarışda ilk gündə 6 tur oynanılıb. Günay görüşlərindən 4,5 xal toplayıb və Bibisara Assaubayeva (Qazaxıstan) ilə liderliyi bölüşür. 

Ən yaxın izləyiciləri onlardan bir xal geri qalır.

Qeyd edək ki, 12 şahmatçının qatıldığı və dairəvi sistem üzrə keçirilən yarışa bu gün yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər