Güləş Federasiyasından Aygün Kazımovaya jest - VİDEO

Güləş Federasiyasından Aygün Kazımovaya jest - VİDEO
Aygün Kazımova Azərbaycan Güləş Federasiyasının fəxri diplomuna layiq görülüb. 
Mükafatı təqdim edən AGF-nin baş katibi Əjdər Həmidov xalq artistinin Naxçıvanda keçirilən Heydər Əliyev adına beynəlxalq turnirdə iştirakını xüsusilə vurğulayıb.
Fəxri diploma layiq görülən Aygün Kazımova vaxtilə özü də idmançı olduğunu bildirib: “İdman mənim həyatımın ayrılmaz hissəsidir. Bütün layihələrimi təxirə salmağa hazıram. Təki idmançılarımıza dəstək olum”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər