Götze Almaniyaya qayıtdı

Götze Almaniyaya qayıtdı

Mario Götze karyerasını vətəni Almaniyada davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "Ayntraxt Frankfurt"la müqavilə imzalayıb.  Anlaşmanın müddəti 2025-ci ilə qədər nəzərdə tutulub. 

Almaniya mətbuatının yazdığına görə, “qartallar” Götzeni Niderlandın PSV klubundan 4 milyon avroya alıb.

2021/2022 mövsümündə yarımmüdafiəçi PSV-nin heyətində 52 oyunda 12 qol vurub və 11 məhsuldar ötürmə edib.

Mario "Borussiya Dortmund" və "Bavariya"da da çıxış edib. O, Almaniya millisinin heyətində dünya çempionudur, DÇ-2014-ün finalında həlledici qolun müəllifi olub.

Mirağa   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər