Gökhan Törə üçün mövsüm başa çatdı

Gökhan Törə üçün mövsüm başa çatdı

Türkiyə millisinin futbolçusu Gökhan Töre üçün mövsüm vaxtından əvvəl başa çatıb. 

Sport7.az xəbər verir ki, İngiltərənin "Vest Hem" klubunda əsas heyətə düşməkdə çətinlik çəkən yarımmüdafiəçinin zədəsinin ciddi olduğu aşkarlanıb. 

 

Futbolçunun uzun müddət sıradan çıxması əməliyyatdan sonra bəlli olub. 

Gökhanın həkimi Ərtoğrul Karanlık "Gökhan dizindəki zədə ilə oyunlara çıxa bilərdi. Amma sonradan zədəsinin ciddiləşmə ehtimalı var idi. Bunun olmaması üçün əməliyyat etmək qərarına gəldik. Dəqiq olan odu ki, Gökhan mövsümün sonuna qədər futbol oynaya bilməyəcək”, -deyə açıqlama verib. 

 

Qeyd edək ki, Gğkhan Törenin mövsümün ikinci dövrəsində "Beşiktaş"ın formasını geyinəcəyi deyilirdi. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər