Dövlət Xidməti Kamil Zeynallı ilə bağlı məlumat yaydı - YENİLƏNİB

Dövlət Xidməti Kamil Zeynallı ilə bağlı məlumat yaydı - YENİLƏNİB
Bəzi sosial şəbəkə hesablarında və xəbər saytlarında Kamil Zeynallı adlı vətəndaşın Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti tərəfindən təltif olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Fanat.Az xəbər verir ki, bu barədə Dövlət Xidmətinin yaydığı açıqlamada bildirilib.
Açıqlamada qeyd olunub ki, həmin şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən heç bir medal və mükafatla təltif edilməyib.
 
10.08
Tanınmış fitness məşqçisi Kamil Zeynallı iki medalla təltif edilib.
Fanat.Az xəbər verir ki, idmançı bu barədə sosial şəbəkə hesabında məlumat verib. O, qeyd edib ki, "Vətən naminə” və "Milli Ordu-100” medalı ilə təltif edilib:
"Cənab Prezident başda olmaqla, Hərbi Səfərbərliyin rəisi cənab general Arzu Rəhimov və onun birinci müavini cənab general Mayıl Şahverdiyevə təşəkkür edirəm. Etdiyim yardımlara görə iki medalla təltif olundum. Noldu içinizdəki məni qınayanlar və istəməyənlər? Noldu? Kamil Zeynallı mənəm”.
 
Dövlət Xidməti Kamil Zeynallı ilə bağlı məlumat yaydı - YENİLƏNİB
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər