Gənc ulduz "Golden Boy" mükafatına qovuşdu

Gənc ulduz "Golden Boy" mükafatına qovuşdu
Avropada ilin ən yaxşı gənc oyunçusuna verilən "Golden Boy" mükafatı Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holanda təqdim edilib.
Fanat.Az xəbər verir ki, Norveç millisinin üzvü bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. "Golden Boy" mükafatı ilə şəklini paylaşan 20 yaşlı futbolçu "Fəxr edirəm" yazıb.
Holandın "Tuttosport"un təsis etdiyi mükafata sahib olması noyabrın 21-də açıqlanmışdı. Namizədlərin son siyahısında Eduardo Kamavinqa ("Renn"), Alfonso Davis ("Bavariya"), Serxinyo Dest ("Barselona"), Ansu Fati ("Barselona"), Fil Foden ("Mançester Siti"), Xames Hudson-Odoi ("Çelsi"), Deyan Kulusevski ("Yuventus"), Ceydon Sanço ("Borussiya" Dortmund), Sandro Tonali ("Milan"), Ferran Torres ("Mançester Siti") və Vinisius Junior ( "Real") kimi məşhur futbolçular var idi.
2020-ci ilin yanvarında "Zalsburq"dan "Borussiya"ya transfer olunan Holand bu il 32 matçda 33 qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər