Gənc hokkeyçi Moskvada öldürüldü

Gənc hokkeyçi Moskvada öldürüldü

Rusiyanın paytaxtı Moskvada “Sozvezdie” klubunda çıxış edən 23 yaşlı hokkeyçi Roman Didur öldürülüb.

Fanat.Az REN-ə istinadən xəbər verir ki, faciə ötən gecə Nikoloyamskaya küçəsində baş verib. 

Barda yaranan münaqişədən sonra idmançı mübahisə etdiyi şəxslə birlikdə küçəyə çıxıb. Gənc hokkeyçi ürək nahiyəsindən bıçaq xəsarətləri alıb. Hadisə yerinə gələn həkimlər onu xilas edə bilməyiblər.

Artıq şübhəlinin həbs olunduğu açıqlanıb. Bu, 37 yaşlı Armen Kuyumcidir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər