Gənc boksçu aldığı zərbələrdən dünyasını dəyişdi

Gənc boksçu aldığı zərbələrdən dünyasını dəyişdi

Kanadanın Monreal şəhərində keçirilən boks turnirində bədbəxt hadisə baş verib.

Fanat.Az xəbər verir ki, meksikalı qadın boksçu Janett Zakarias Sapata yerli Mari Pyer Ulla görüşdə aldığı ağır zərbədən sonra dünyasını dəyişib.

19 yaşlı idmançı avqustun 28-də baş tutan döyüşün 4-cü raundunda nokauta düşüb. Bir neçə saniyədən sonra halı pisləşən Sapata huşunu itirib. Dərhal xəstəxanaya çatdırılan gənc boksçu 5 gün koma vəziyyətində qaldıqdan sonra vəfat edib.

Qeyd edək ki, karyerası ərzində 5 döyüş keçirən Janett Zakarias Sapata bunların 2-də qələbə qazanıb. O, son iki qarşılaşmada isə nokautla uduzub. (Report.az)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər