"Gedib Varanı gətirəcəyəm, ehtiyatda oturub ona baxarsınız"

"Gedib Varanı gətirəcəyəm, ehtiyatda oturub ona baxarsınız"

"Çelsi"nin keçmiş kapitanı Con Terri, Joze Mourinyunun bir vaxtlar onu və Qari Kehilli ehtiyatda saxlamaqla hədələdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, London klubunun əfsanəvi veteranı bu barədə xatirələrini "Sport Bible"-yə danışıb.

“Bir dəfə məşqdə Mour yarımmüdafiədə topa sahib olmaq "oyun"u qurdu. Mən Qariyə ötürmə etdim, o, topu itirdi. Belədə, qol buraxırıq. Mourinyo dərhal məşqi dayandırdı. O bizə: "İkiniz də gedə bilərsiniz. Gedib Varan və dünyanın daha bir ən yaxşı müdafiəçisi ilə 100 milyon funt sterlinqə müqavilə imzalayacağam və siz ikiniz ehtiyat oyunçular skamyasında oturub onlara baxarsınız”, - dedi.

Təsəvvür edin, mən kapitanam, Qari vitse-kapitanam və biz bir il əvvəl liqa qalibi olmuşuq. Biz buna inana bilmirdik. Sizi inandırıram ki, məşq bitənə qədər Qariylə mən onu-bunu təpiklədik. Belədə məşqin səviyyəsi yüksəldi. Komandadakı yeni oyunçular pıçıldaşırdılar: "Aman Allahım, o, kapitanla vitse-kapitanı yerinə otuzdurdu".

Biz meydançadan çıxarkən Mourinyu məni və Qarini qucaqladı və dedi: "Buna görə də siz mənim kapitanım və vitse-kapitanımsınız".

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər