İkinci Liqa hazırlıqlarını davam etdirən "Füzuli" komandasında iki yeni təyinat baş verib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın qurucularından olan Vasif İsmayılov yeni mövsümdən, baş məşqçi funksiyası ilə yanaşı, klubun icraçı direktoru vəzifəsini də icra edəcək.
"Füzuli" komandasının idman direktoru vəzifəsinə isə tanınmış futbolçu, Azərbaycan, Türkiyə, Portuqaliya, Yunanıstan, Kosovo, Bosniya və Herseqovina, Moldova və Avstriya klublarının, o cümlədən Azərbaycan millisinin şərəfini də qorumuş Amit Quluzadə təyin edilib.